Xəbərlər

ABŞ 2024-cü maliyyə ilində 270 min miqrantı ölkədən çıxarıb

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) sentyabrın 30-da başa çatan maliyyə ilində 270 mindən çox miqrantı deportasiya edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə idarənin hesabatında bildirilib.

“Hesabat dövründə xidmət rəsmiləri 271 484 miqrantı 192 ölkəyə qovub ki, bu da 2023-cü ildəkindən təxminən iki dəfə çoxdur”, – hesabatda qeyd olunub.