ABŞ hökuməti təxminən 600 min venesuelalı miqrantı deportasiyadan qoruyan Müvəqqəti Qorunan Status (TPS) proqramının uzadılması qərarını ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News” telekanalına müsahibəsində bildirib.
“ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası yanvarın 10-da müvəqqəti qorunan status proqramlarının müddətini 2026-cı ilin oktyabrına qədər uzadıb. Nəticədə bu, miqrantların ölkəmizdə qalmasına və qanunlarımızı pozmağa davam etməsinə şərait yaradıb”, – nazir qeyd edib.