Xəbərlər

ABŞ Ali Məhkəməsi Trampın xarici yardımları dayandırmaq qərarını təsdiqləyib

ABŞ Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasının xaricə yardımı dayandırmaq haqqında sərəncamını müvəqqəti olaraq qüvvədə saxlamağa qərar verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə çərşənbə günü “Reuters” agentliyi məlumat yayıb.

Bununla da Ali Məhkəmə Tramp administrasiyasının aşağı məhkəmənin qərarını bloklamaq tələbini təmin edib. Kolumbiya dairəsinin federal məhkəməsi daha əvvəl Tramp administrasiyasına ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini bərpa etmək üçün fevralın 26-sı saat 23:59-a qədər (Bakı vaxtı ilə 27 fevral, 08:59) vaxt vermişdi.

ABŞ Ali Məhkəməsinin sədri Con Roberts Çərşənbə günü axşam qərarı müvəqqəti olaraq bloklayıb. Bu qərar məhkəməyə Tramp administrasiyasının vəsatətini nəzərdən keçirmək və sonra yekun hökm çıxarmaq üçün əlavə vaxt verəcək.