“ABŞ-ın keçmiş prezidenti Co Baydenin məxfi sənədləri götürüb qarajında saxlamaq hüququ yox idi”.
“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı ölkənin ədliyyə naziri və baş prokuror Pam Bondi bildirib.
“Əlbəttə ki, onun məxfi sənədləri götürmək hüququ yox idi və biz hamımız bilirik ki, bu sənədlər onun qarajında olub, lakin heç kim onu məsuliyyətə cəlb etməyə cəsarət etmədi” , – Ədliyyə Departamentinin rəhbəri “Fox News” telekanalında deyib.