Xəbərlər

ABŞ Çin məhsullarına 104% rüsum tətbiq edib

“ABŞ administrasiyası Çin məhsullarına 104% gömrük rüsumları tətbiq edib”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Respublikaçıların Milli Komitəsi üçün vəsaitin toplanması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Ölkələr özlərinə qarşı tarif istəmirlər. Bu, çox sadədir: biz sövdələşmələr edirik və insanlarımız rüsum ödəyirlər. Əvvəllər ABŞ-ın xarici ticarətində yük insanlarımızın üzərinə düşürdü. Hazırda isə ölkələr Amerikaya tariflər ödəyir. Çin 104% ödəyir. Fikirləşin, 104%! Bu, gülməli səslənir, lakin onlar da bizdən bir çox mallar üçün rüsum alırlar”, – prezident qeyd edib.