Xəbərlər

ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ-ın Nyu-Meksiko ştatında F-35 qırıcısı qəzaya uğrayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə təyyarə istehsalçısı “Lockheed Martin” şirkətinin sözçüsü bildirib.

O qeyd edib ki, Texasdan Kaliforniyaya uçan F-35 qırıcısı qəzaya uğrayıb.

Hadisə yerinə təcili yardım qruplarının göndərildiyini bildirən sözçü, pilotun xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu əlavə edib.

Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumat paylaşılmayıb.

Qeyd edək ki, F-35-lər ABŞ-ın son model istehsalı olan əsas döyüş qırıcılarından biri hesab edilir.