ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı hücumda İsrailin Vaşinqtondakı səfirliyində işləyən iki nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem “X” hesabında bildirib.
“Bu amansız cinayətkarı ədalət qarşısında cavablandıracağıq”, – nazir qeyd edib.
Hadisə ilə bağlı araşdırma davam edir.