Xəbərlər

ABŞ-da İsrailə yardıma qarşı etiraz edilib

Fələstin tərəfdarları ABŞ-ın İsrailin də daxil olduğu xarici yardım paketinə etiraz ediblər. Fəallar ABŞ-ın xarici yardım qanun layihəsinin təsdiqlənməsinə cavab olaraq paytaxt Vaşinqtonda Kapitol binası qarşısında etiraz aksiyası keçiriblər.

“Füyuzat”ın məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının İsrailə müdafiə yardımını dəstəkləyən üzvləri ilə qarşı-qarşıya qalan bəzi fəallar, qanunun lehinə səs verən Konqres üzvlərini Qəzzada soyqırımı dəstəkləməkdə ittiham ediblər.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım qəbul edilib.

Təhminə Abdurəhimova