Xəbərlər

ABŞ-da soyuq hava və qar fırtınası nəticəsində 40-dan çox insan ölüb

“ABŞ-da bir həftədir davam edən şiddətli qar fırtınası nəticəsində ən azı 41 nəfər həyatını itirib. Təkcə Tennessi ştatında soyuq hava səbəbindən 14 nəfər ölüb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ rəsmiləri tərəfindən açıqlama verilib.

Qeyd edilib ki, yanvarın 12-dən bəri Arkanzas, İllinoys, Kanzas, Missisipi, Nyu-York, Oreqon, Pensilvaniya, Tennessi və Viskonsin ştatlarında arktik soyuqlar səbəbindən ən azı 41 nəfər həyatını itirib. Ən çox ölüm halı 14 nəfər ilə Tennessi ştatında qeydə alınıb.

Həmçinin, fırtına Tennessidə yüzlərlə yol qəzasına səbəb olub.