Xəbərlər

ABŞ Ermənistan Silahlı Qüvvələrində islahatları dəstəkləməyə davam edəcək

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Görüş zamanı Vaşinqtonun Ermənistan Silahlı Qüvvələrində aparılan islahatları dəstəkləməyə davam edəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub, Lloyd Ostin ABŞ-ın Ermənistan Respublikasının müstəqilliyini, suverenliyini və rifahını dəstəklədiyini qeyd edib və iki ölkə arasında əməkdaşlığın davam etdiyini vurğulayıb.

“Papikyan Ermənistanın sülh əldə etmək istədiyini deyib, öz növbəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin də ABŞ-ın bu istəyi dəstəklədiyini bildirib”, – deyə məlumatda bildirilib.