Xəbərlər

ABŞ Ermənistan-Türkiyə normallaşma prosesini şərh etməkdən çəkinib

ABŞ Dövlət Departamentinin baş direktorunun müavini Vedant Patel Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı son görüşü şərh etməkdən yayınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

“Heç bir şərhim yoxdur. Mən iki ölkəyə bu məsələ ilə bağlı çıxış etmək imkanı verərdim”, – deyə Patel brifinqdə jurnalistin Ermənistan və Türkiyə emissarlarının 5-ci görüşünü və ümumilikdə aparılan müzakirələri şərh etmək sualına cavab olaraq bildirib.