Xəbərlər

ABŞ F-35 qırıcılarının modernləşdirilməsini təxirə sala bilər

“2023-cü ilin aprelində başa çatdırılması planlaşdırılan beşinci nəsil F-35 qırıcısının modernləşdirilməsi 2025-ci ildə də təxirə salına bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Defence One” portalı təyyarəni hazırlayan “Lockheed Martin” korporasiyasına istinadən məlumat yayıb.

“Söhbət TR-3-ün modifikasiyasından gedir ki, bura təyyarə proqram təminatının, eləcə də müxtəlif avadanlıqların yenilənməsi daxildir. Şirkətin maliyyə direktoru qeyd edib ki, mütəxəssislər hələ də bütövlükdə sistemin sabitliyini artırmaq üçün iş görməlidirlər. Şirkət 2025-ci ildə müəyyən uğurlar əldə etməyi gözləyir, lakin modelləşdirmə baxımından layihəni 2026-cı ildə başa çatdırmağa hazırlaşır”, – məlumatda bildirilib.