ABŞ Müdafiə Nazirliyi ordu strukturunu sadələşdirmək və əməliyyat səmərəliliyini artırmaq üçün general və admiralların sayının 20 faiz azaldılacağını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə nazirlikdən bildirilib.
Bəyanatda həqiqi hərbi xidmətdə olan 4 ulduzlu general və admiral rütbələrinin sayında ən azı 20 faiz azalma olacağı vurğulanıb və Milli Qvardiyada general rütbəsinə malik şəxsi heyətin sayının da eyni nisbətdə ixtisar ediləcəyi qeyd edilib.