Xəbərlər

ABŞ: Hələlik Nigerdən çıxmaqla bağlı qərarımız yoxdur

“Hazırkı mərhələdə ABŞ qüvvələrinin Nigeri tərk etməsi ilə bağlı heç bir qərar verilməyib”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Pat Rayder söyləyib.

Qeyd edək ki, Niger rəsmilərinin martın 17-də verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin hərbi və mülki personalının ölkədə xidmət etməsinə icazə verən hərbi müqavilənin dərhal ləğv edildiyi bildirilib.