ABŞ-ın 16 ştatının baş prokurorları Tramp administrasiyasının Milli Elm Fondunun (NSF) tədqiqat maliyyəsini kəsən, həmçinin Fonda qarşı yeni məhdudiyyətlər qoyan qərarlarına etiraz edərək federal məhkəmədə ona qarşı iddia qaldırıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, prokurorlar bu dəyişikliklərin qeyri-qanuni olduğunu və Amerikanın elmi infrastrukturuna ciddi ziyan vurduğunu iddia ediblər.
Bundan əvvəl, Milli Elm Fondu aprel ayında müxtəliflik, inklüzivlik, bərabərlik və dezinformasiya ilə mübarizə sahələrində yüzlərlə araşdırma apardığını elan edib, ancaq sonrakı tədqiqatların maliyyələşdirməsini dayandırdığını elan edib. Bu günə kimi 1753 qrant proqramı ləğv edilib. Ləğv edilmiş vəsaitlərin ümumi məbləği 1,4 milyard dollara çatıb.