Amerika Birləşmiş Ştatlarının Kolumbiyadakı səfirliyinin konsulluq şöbəsi vizaların verilməsini müvəqqəti olaraq dayandıracaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Kolumbiya Prezidenti Qustavo Petro əvvəllər icazə verdiyi iki repatriasiya reyslərini qəbul etməkdən imtina etdikdən sonra dövlət katibi Marko Rubio dərhal ABŞ-ın Boqotadakı səfirliyinin konsulluq şöbəsində vizanın verilməsinin dayandırılmasını əmr etdi”, – məlumatda bildirilir.