Xəbərlər

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində 53 nəfər həlak olub

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb, azı 98 nəfər isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Husi hökumətinin Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi bildirib.

“Martın 15-də Amerikanın mülki şəxslərə qarşı həyata keçirdiyi hücumlar nəticəsində 53 nəfər həlak olub, 98 nəfər yaralanıb”, – nümayəndə qeyd edib.