Xəbərlər

ABŞ İran və İsrail arasında müharibə ehtimalından narahatdır

“Vaşinqton İranın Suriyadakı konsulluğuna ölümcül hava zərbəsindən sonra İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalından narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “CNN”ə açıqlama verib.

Qeyd edək ki, İsrail mediasının məlumatına görə, İsrail İranın Suriyadakı konsulluğuna ölümcül zərbə endirdikdən sonra İranın mümkün hücumlarına hazırlaşır.