Tramp administrasiyası ABŞ prezidentinə fövqəladə hallar zamanı Konqresin təsdiqi olmadan xarici tərəfdaşa silah tədarükü barədə fərman verməyə imkan verən PDA (Presidential Drawdown Authority) mexanizmi çərçivəsində Ukraynaya təhlükəsizlik yardımı göstərməyi bərpa edəcək.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Volz deyib.
“Mən Müdafiə Nazirliyinə bununla bağlı müraciət edəcəyəm. Ukraynaya sözügedən mexanizm çərçivəsində yardım ediləcək”, – Volz qeyd edib.