Xəbərlər

ABŞ Konqresi BCM əməkdaşlarına qarşı sanksiyalar tətbiq etməyi təklif edib

ABŞ Senatı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bir sıra əməkdaşlarına qarşı sanksiyaların tətbiqi, habelə onlara Amerika vizalarının verilməsinə qadağa qoyulması imkanlarını müzakirə edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Fox News” senatorların bəyanatına istinadən xəbər verib.

Xəbərdə bildirilib ki, bu, BCM-nin prokurorunun İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantı həbs etmək üçün order verilməsi tələbi ilə əlaqədardır.

“Senatorlar ABŞ prezidenti Co Bayden və Konqresə ABŞ-ın maraqlarını təhdid edən və müttəfiqlərini zəiflədən səlahiyyətdən sui-istifadə ilə bağlı BCM rəsmilərinə maliyyə sanksiyaları tətbiq etməyi və viza almağı qadağan etməyi tövsiyə edir”, – xəbərdə qeyd edilib.