Respublikaçıların nümayəndəsi Anna Paulina Luna prezident Donald Trampın üzünü ABŞ tarixində önəmli rol oynamış və dövlətin əsas liderlərinin üzünün həkk olunduğu Raşmor dağına əlavə edən qanun layihəsi təqdim edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat paylaşıb.
“Prezident Trampın cəsarəti və Amerikanın əzəmətini qoruyub saxlamaq üçün atdığı müstəsna addımlar onun tarixdəki yerini möhkəmləndirdi. O, Corc Vaşinqton, Tomas Cefferson, Abraham Linkoln və Teodor Ruzvelt kimi böyük şəxsiyyətlər arasında əbədi olaraq xatırlanacaq”, – Luna sosial media hesabında paylaşım edib.