Xəbərlər

ABŞ Okinavaya “MQ-4C Triton” müşahidə dronlarını yerləşdirəcək

Amerikanın bir neçə iri “MQ-4C Triton” pilotsuz kəşfiyyat təyyarəsi Yaponiyanın cənubundakı Okinava adasındakı ABŞ Hərbi Hava Qüvvələri bazasında daimi yerləşdiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Verilən məlumata görə, bu, Şərqi Çin dənizində, uzaq Yapon adaları ərazisində məlumat toplamaq qabiliyyətini gücləndirmək məqsədi daşıyır.