Xəbərlər

ABŞ ordusu Suriyada iki İŞİD yaraqlısını məhv edib

Bazar ertəsi hava zərbəsi nəticəsində Suriyada İŞİD terror qruplaşmasının 2 yaraqlısı və onların daşıdığı silahlar məhv edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Suriyanın Deyr əz-Zor əyalətinə yüksək dəqiqlikli hava zərbəsi endirilib, iki İŞİD yaraqlısı öldürülüb, biri yaralanıb. Terrorçuların daşıdıqları silahlar da məhv edilib. Zərbə daha əvvəl Suriya rejimi və rusların nəzarətində olan ərazilərə endirilib”, – məlumatda bildirilib.