Xəbərlər

ABŞ Polşa vasitəsilə Kiyevə hərbi yardımın çatdırılmasını bərpa edib

“Polşa-Ukrayna sərhədi yaxınlığındakı Rzeşov-Yasenki hava limanındakı logistika qovşağı vasitəsilə Amerika hərbi yardımının Ukraynaya çatdırılması bərpa edilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Zalevski məlumat verib.

“Polşanın Yasenkidəki logistik qovşağından Ukraynaya Amerika silahlarının tədarükü bərpa edilib”, – o qeyd edib.