Xəbərlər

ABŞ qeyri-qanuni mühacirlərə qarşı mübarizəyə mane olan ştatları məhkəməyə verəcək

“ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə mane olan ştat və şəhərləri məhkəməyə verməyə davam edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı ölkənin ədliyyə naziri və baş prokuror Pam Bondi bildirib.

“Onlar öz vətəndaşlarının və onları qorumağa çalışan hüquq-mühafizə orqanlarının əməkdaşlarının təhlükəsizliyindən daha çox qeyri-qanunilərə üstünlük verirlər. Biz bu gün təkcə Çikaqo şəhərini deyil, İllinoys ştatını, meri, qubernatoru və başqalarını da məhkəməyə veririk. Əgər federal qanunlara əməl etməsəniz, növbəti siz olacaqsınız”, – Ədliyyə Departamentinin rəhbəri “Fox News”a müsahibəsində bildirib.