Xəbərlər

ABŞ Rusiyadan gələn məhsullara rüsum tətbiq etmək imkanını nəzərdən keçirir

“ABŞ administrasiyası Rusiya məhsullarına əlavə rüsumların tətbiqi və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində deyib.

Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində Trampdan Vaşinqtonun Moskvaya qarşı hansı məhdudiyyətlər və ya tariflər tətbiq edə biləcəyi və bunun nə vaxt baş verə biləcəyi soruşulub. Tramp cavabında bildirib:

“Biz bununla bağlı bir çox aspektləri nəzərdən keçiririk”.