Xəbərlər

ABŞ təhsil proqramları üçün 6 milyard dollarlıq maliyyəni dayandırıb

ABŞ prezidenti Donald Trampın administrasiyası əlavə təhsil proqramları üçün federal büdcədən 6 milyard dollardan çox vəsaitin ayrılmasını dayandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ABC News” telekanalı Təhsil Nazirliyinin hesabatına istinadən məlumat yayıb.

“Nazirlik iyulun 1-dək bu proqramları üçün vəsaitin ayrılmasını tələb edən qrantların bölüşdürülməsi bildirişi verməyəcək. Nazirlik vergi ödəyicilərinin vəsaitlərinin prezidentin prioritetlərinə uyğun xərclənməsini təmin etmək üçün səylərini davam etdirir. İxtisar ediləcək proqramlara digər məsələlərlə yanaşı, dərsdənkənar fəaliyyətlər, tələbələrə dəstək və ingilis dilinin öyrənilməsi daxildir”, – məlumatda bildirilib.