“ABŞ administrasiyası Ukrayna böhranının həlli məsələsində Rusiya ilə bir neçə yeni təmas qurmağı planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Rubio ABŞ və Ukrayna arasında ikitərəfli məsləhətləşmələrdən sonra Səudiyyə Ərəbistanından qayıdarkən İrlandiyanın hava limanında jurnalistlərə açıqlamasında qeyd edib: “Ruslarla onların atəşkəsə razı olub-olmayacaqlarını öyrənmək üçün çoxlu təmaslar olacaq”.