Xəbərlər

ABŞ Ukraynaya yüz minlərlə mərmi təhvil verəcək

“Vaşinqton Kiyevə 2025-ci il yanvarın ortalarına kimi yüz minlərlə artilleriya mərmisi və minlərlə raket tədarükünü planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat yayıb.

“ABŞ-ın hazırkı prezidenti Co Bayden sentyabr ayında Ukraynaya hərbi yardımın artırılmasını elan edib. Bu səylərin bir hissəsi olaraq, o, köməkçilərinə Ukraynanın müdafiəsi üçün bütün mövcud vəsaitdən tam istifadə etməyi tapşırıb. Dekabrın 2-də Birləşmiş Ştatlar Kiyevə əhəmiyyətli miqdarda artilleriya mərmiləri, raketlər və hava hücumundan müdafiə texnikası daxil olmaqla 725 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırdığını elan edib.

Prezident ABŞ Müdafiə Nazirliyinə Ukraynanın özünü müdafiə etmək üçün lazım olan texnikaya malik olmasını təmin etmək üçün təxirə salınmadan hərbi məhsulları çatdırmağı tapşırıb”, – Sallivan əlavə edib.