Xəbərlər

ABŞ və Avstraliyanın XİN rəhbərləri AUKUS üzrə əməkdaşlığı müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və Avstraliyanın xarici işlər naziri Penni Vonq Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında AUKUS (Avstraliya-Böyük Britaniya-ABŞ hərbi tərəfdaşlığı) çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət katibi Marko Rubio bu gün Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə görüşüb. Onlar AUKUS və ikitərəfli müdafiə təşəbbüsləri vasitəsilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək səylərini, o cümlədən kritik minerallar və qlobal təchizat zəncirinin təhlükəsizliyi sahəsində tərəfdaşlığı gücləndirməyi müzakirə ediblər”, – məlumatda bildirilib.