“Londonda keçirilən danışıqlarda ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin qismən aradan qaldırılması və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planı barədə razılığa gəliblər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə iyunun 10-da jurnalistlərə ABŞ-ın ticarət naziri Hovard Latnik məlumat verib.
O, mayın 10-11-də Cenevrədə əldə olunmuş qarşılıqlı rüsumların qismən azaldılmasına dair razılaşmalara toxunaraq qeyd edib: “Biz Cenevrə konsensusunun həyata keçirilməsi üzrə çərçivə razılaşmaları əldə etmişik”.
Latnikin məlumatına görə, tərəflərin razılaşdırdığı plan ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin təsdiqinə təqdim olunacaq: “Biz bu çərçivə sazişlərini prezident Tramp və Çin prezidenti tərəfindən təsdiqləndikdən sonra həyata keçirməyə başlayacağıq”.