Xəbərlər

ABŞ və Çin süni intellektlə bağlı danışıqlar aparacaq

ABŞ və Çin qarşıdakı həftələrdə ilk dəfə olaraq süni intellekt (AI) ilə bağlı ikitərəfli danışıqlar aparacaq.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Antoni Blinken Pekində keçirdiyi mətbuat konfransında deyib.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz bu gün süni intellekt mövzusunda ilk ikitərəfli danışıqları yaxın həftələrdə keçirmək barədə razılığa gəldik”, – Blinken qeyd edib.