ABŞ-ın dövlət katibi Marko Rubio Çinlə ticarət danışıqlarının aparılmasına icazə verib.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.
“Çin tərəfi bizimlə danışıqlar aparmaq istəyir. Bizim xəzinədarlıq katibimiz Skott Bessent bu səylərdə iştirak edir və bu danışıqlar tezliklə baş tutacaq. ABŞ-ın Çindən asılılığını azaltmaq lazımdır”, — dövlət katibi əlavə edib.