Xəbərlər

ABŞ və İsrailin Baş Qərargah rəisləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.

“İki ölkənin hərbi nümayəndələri Qəzzada atəşkəsi, Livanda atəşkəsə nəzarət mexanizmini, İordan çayının qərb sahilində təhlükəsizliyi, Suriyadakı son hadisələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Birləşmiş Ştatlar regional təhlükəsizliyi gücləndirmək və Yaxın Şərqdə Amerika qüvvələrini qorumaq üçün İsraillə koordinasiyanı davam etdirir”, – məlumatda bildirilib.