“ABŞ və İsrailin dəstəklədiyi özəl Qəzza Humanitar Fondu (GHF) mayın 26-da Fələstin anklavına yardım çatdırmağa başlayacaq və həftənin sonuna qədər yardımın 1 milyon insana çatmasını hədəfləyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Humanitar Fondu məlumat yayıb.
“Maşınlarımız yüklənib və getməyə hazırdır. Mayın 26-dan etibarən GHF Qəzzaya birbaşa yardım çatdırmağa başlayacaq və həftənin sonuna qədər artıq 1 milyondan çox fələstinli yardım alacaq. Önümüzdəki həftələrdə Qəzzanın bütün əhalisinə yardım göstərməyə başlamaq üçün əməliyyatlarımızı sürətlə genişləndirməyi planlaşdırırıq”, – məlumatda bildirilib.