Xəbərlər

ABŞ və Ukrayna faydalı qazıntılar haqqında razılığa gəliblər

Birləşmiş Ştatlar və Ukrayna mineral ehtiyatlar üzrə sövdələşmə barədə razılığa gəliblər və bu mövzuda danışıqlar başa çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

“Müqavilə hazırdır. Prezident Volodimir Zelenski sabah imzalamağa gələcək, ona görə də bu məsələ ilə bağlı danışıqlar artıq davam etmir. Əminəm ki, prezident Zelenski və prezident Donald Tramp geniş mövzuları müzakirə edəcəklər, lakin razılaşmaya gəlincə, o, hazırdır. Mətn artıq kağız üzərindədir, Ukrayna hökuməti bunu təsdiqləyib və indi sadəcə imzalanmağı gözləyir”, – Bessent bildirib.