Xəbərlər

ABŞ vətəndaşlarının deportasiyası barədə Özbəkistanı xəbərdar edəcək

“Özbəkistan və ABŞ hakimiyyətləri arasında saziş var. Bu sazişə əsasən, Amerika tərəfi Özbəkistan vətəndaşlarının deportasiyası ilə bağlı hər hansı hal barədə Özbəkistan tərəfini dərhal xəbərdar edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov məlumat verib.

“Biz Özbəkistan vətəndaşlarının başqa ölkələrə mümkün deportasiyası ilə bağlı KİV-də yayılan məlumatların monitorinqini aparırıq. Bununla əlaqədar diplomatik nümayəndəliklərimiz vətəndaşlarımızın Amerika tərəfindən başqa ölkələrə deportasiya oluna biləcəyi ilə bağlı məlumat tələb edib. Bundan başqa, Latın Amerikası ölkələri ilə diplomatik kanallar vasitəsilə bu istiqamətdə əlaqələr qurulub”, – mətbuat katibi əlavə edib.