Xəbərlər

ABŞ Yaponiyanın şimalına F-35A yerləşdirəcək

“ABŞ ordusunun 2026-cı ilin yazında yeni nəsil F-35A döyüş təyyarələrini Yaponiyaya yerləşdirəcəyi bildirilir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyodo” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

“ABŞ ordusu 2026-cı ilin yazında Yaponiyanın Misawa aviabazasına F-35A döyüş təyyarələri yerləşdirəcək. Hərbi aviasiya vasitələrinin yerləşdirilməsi çərçivəsində aviabazada dəstək qurğuları da yenilənəcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi iyul ayında Misawa Hava Bazasında istismardan çıxması planlaşdırılan 36 ədəd F-16 döyüş təyyarəsini 48 ədəd F-35A-nın əvəzləyəcəyini açıqlamışdı.