Xəbərlər

Ağ Ev: ABŞ silahlanma mövzusunda Rusiya və Çinlə ikitərəfli dialoqa üstünlük verir

“Birləşmiş Ştatlar hesab edir ki, Rusiya və Çinlə silahlara nəzarət məsələləri üzrə müzakirələr üçtərəfli deyil, ikitərəfli formatda aparılmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin baş müavini Conatan Fayner deyib.

“Bu dövlətlər fərqli kontekstlərdə, fərqli imkanlara və məncə, fərqli doktrinalara malik olan tamamilə fərqli dövlətlərdir. Ona görə də biz hesab edirik ki, müzakirəni ikitərəfli formatda aparmaq daha yaxşıdır, bu, daha məhsuldar olar və son nəticədə daha böyük nəticələr vəd edər”, – Fayner əlavə edib.