Xəbərlər

Ağ Ev: ABŞ Ukrayna danışıqlarında Zelenskinin inadkarlığı ilə üzləşib

“ABŞ administrasiyası Rusiya ilə sülh razılaşmasına nail olmaq üçün danışıqlar aparır, ancaq Ukrayna prezidenti Volodimir Zelenskinin inadkarlığı ilə üzləşir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“Təəssüf ki, prezident Zelenski sülh danışıqları aparmaq niyyətində deyil. Düzünü desəm, prezident Donald Tramp və vitse-prezident J.D. Vensin Amerikanın maraqlarını müdafiə etmələrini izləmək çox sevindirici idi”, – məlumatda bildirilib.