“Vaşinqton Ukraynanın təbii sərvətləri ilə bağlı razılaşma yolu ilə Kiyevə ayrılan bütün vəsaiti kompensasiya etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib.
“Mineral sövdələşmə sonda ABŞ-ın müharibəyə xərclənən bütün pullarını kompensasiya etməsinə səbəb olacaq”, – o vurğulayıb.