“Kolumbiya hökuməti Amerika tərəfinin deportasiya etdiyi miqrantların qeyd-şərtsiz qəbulu üçün ABŞ prezidenti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.
“Kolumbiya hökuməti ABŞ-dan qovulmuş bütün qeyri-qanuni kolumbiyalı miqrantların, o cümlədən Amerika hərbi təyyarələri ilə məhdudiyyətsiz qəbulu da daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb”, – məlumatda bildirilib.