Xəbərlər

Ağ Ev: Netanyahu Rifah danışıqları üçün ABŞ-a nümayəndə heyəti göndərməyə razılıq verdi

Ağ Ev İsrailin baş naziri Binyamin Netanyahunun Rəfaha qarşı mümkün quru hücumlarını müzakirə etmək üçün Vaşinqtona nümayəndə heyəti göndərməyə razı olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

Jean-Pierre Netanyahunun ofisinin nümayəndə heyətinin səfərinin vaxtının dəyişdirilməsi ilə bağlı razılığa gəldiyini, ABŞ və İsrailin yeni tarixi müəyyən etmək üçün danışıqlara başladığını bildirib.

Rəfaha qarşı ola biləcək qurudan hücumları müzakirə etmək üçün görüşün başqa vaxta keçiriləcəyini ifadə edən Jean-Pierre bildirib: “Rəfah əməliyyatları haqqında danışmaq üçün burada görüş keçirilməsinə dair razılaşmanın edildiyini unutmamalıyıq”.

Martın 25-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib və bu, daimi atəşkəsə çevriləcək.

Qeyd edək ki, ABŞ qanun layihəsinə veto qoymadığı üçün İsrailin baş naziri Benyamin Netanyahu Rəfaha mümkün quru hücumunu müzakirə etmək üçün Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşə İsrail nümayəndə heyətini göndərməkdən vaz keçmişdi.