Xəbərlər

Ağ Ev: Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edəcək

Amerika lideri Donald Tramp bazar ertəsi günündən etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin vətəndaşlarına qismən məhdudiyyətlər qoyub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

Verilən məlumata görə, qadağalar Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək.

Məhdudiyyətlər bazar ertəsi, iyunun 9-da Bakı vaxtı ilə 08:01-də qüvvəyə minəcək.