Xəbərlər

Ağ Ev: Zelenski sülhə doğru deyil, əksinə gedir

“ABŞ administrasiyası hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada sülhə doğru deyil, əks istiqamətdə hərəkət edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə müsahibəsində bildirib.

“ABŞ prezidenti Donald Tramp məyusdur. Onun səbri tükənir. O, beynəlxalq ictimaiyyət üçün düzgün olanı etmək istəyir. Sülh görmək istəyir. Tramp Ukraynada axan qanı dayandırmağa çalışır. Lakin münaqişənin hər iki tərəfi buna hazır olmalıdır. Amma təəssüf ki, Zelenski yanlış istiqamətdə hərəkət edir. ABŞ prezidentinin milli təhlükəsizlik komandası, onun müşavirləri bu müharibəni bitirmək üçün çox vaxt, enerji və səy sərf ediblər. Amerikalı vergi ödəyiciləri bu səylərə milyardlarla dollar töhfə veriblər. Bəsdir!” – mətbuat katibi vurğulayıb.