Avropa İttifaqı (Aİ) Vaşinqtonun tariflərinə cavab olaraq aprelin 1-dən ABŞ mallarına qarşı ticarət tədbirləri tətbiq edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç “X” səhifəsində bildirib.
“ABŞ əsassız tarifləri seçdi və bizə cavab verməkdən başqa seçim buraxmadı. Aİ-nin hazırda dayandırılmış balanslaşdırma tədbirləri aprelin 1-də bərpa olunacaq”, – o qeyd edib.