ABŞ-ın Ukraynaya yardımı Donald Tramp hakimiyyətə gəldikdən sonra dayanıb, Avropa İttifaqı (Aİ) yardımı isə müntəzəm olaraq daxil olmaqda davam edir və artıq 138 milyard avroya çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kiyevdə yerləşən və Kiyevə dəstək haqqında məlumatları izləyən Dünya İqtisadiyyatı İnstitu məlumat paylaşıb.
Qeyd edilib ki, Ukraynaya yardım göstərmək baxımından Avropa ilə ABŞ arasında uçurum getdikcə genişlənir və bu fərq 23 milyard avroya yaxındır.
“Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəyə gəldikdən bəri ABŞ yardımı dayandırılıb. ABŞ Bayden administrasiyası dövründə yanvarın 9-da son paketi elan etdikdən sonra heç bir yeni hərbi, maliyyə və ya humanitar yardım olmayıb”, – məlumatda bildirilib.