Xəbərlər

Aİ ölkələri Avropa Komissiyasını seçkiləri kənar müdaxilədən qorumağa çağırıb

Avropa İttifaqının 12 ölkəsinin nazirləri Avropa Komissiyasını (AK) qarşıdan gələn Avropa seçkilərini xarici müdaxilələrdən qorumaq üçün səlahiyyətlərindən istifadə etməyə çağırıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, Fransa, Almaniya, Hollandiya, Belçika, Kipr, Xorvatiya, Çexiya, Danimarka, Yunanıstan, Rumıniya, Sloveniya və İspaniya nazirləri birgə məktub hazırlayaraq Avropa Komissiyasına müraciət ediblər.

Agentliyin məlumatına görə, onlar AK-ni “xarici informasiya manipulyasiyasına və müdaxiləsinə qarşı mübarizə aparmaq üçün” xüsusi qurum yaratmağa çağırıblar.