Xəbərlər

Aİ ölkələri Fransanın ABŞ-dan silah almamaq təşəbbüsünə qarşı çıxıb

“Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Fransanın yalnız Avropa silahlarından istifadə ilə bağlı təklifinə qarşı çıxır, çünki bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “qəzəbləndirə” bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Əgər bu mərhələdə biz Aİ olaraq müdafiə imkanlarına milyardlarla sərmayə qoysaq, ancaq ABŞ-ın müdafiə sənayesi üçün qapıları qətiyyətlə bağlasaq, sizcə, bu, ABŞ-da yaxşı qarşılanacaqmı?”, -adı açıqlamayan diplomat nəşrə bildirib.