Xəbərlər

Aİ rəsmiləri: Tramp Kiyevdən daha çox Moskva ilə münasibətləri bərpa etmək istəyir

“ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün Moskvaya təzyiq göstərmək istəmir, çünki o, daha çox Rusiya ilə münasibətləri bərpa etməkdə maraqlıdır”.

“Füyuzat”ın məlumatına görə, bu fikirləri Avropa İttifaqı (Aİ) rəsmiləri söyləyib.

“Aydındır ki, Trampı Rusiya prezidenti Vladimir Putinə faktiki olaraq daha çox təzyiq etməkdən çəkindirən bir şey var. O, sülhdən daha çox Rusiya ilə münasibətlərin bərpasını istəyə bilər”, – rəsmilər bildirib.